Bazar ertəsi, 08 İyul

Nazir müavini: "Ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb"

image

"Bu gün sosial məsələlərin həllində, əmək müqavilələrinin bağlanmasında işəgötürənlərin çox böyük önəmi var. Siz işəgötürənlər bu sistemdə dəqiq olmalısınız".

Xəbər verilir ki, bunu Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi üzrə "DOST Müfəttiş" layihəsinin təqdimatı zamanı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərə yenidən həyatın qayıtması hamımızı sevindirir:

"Bununla yanaşı həmin ərazilərdə daimi məşğulluğun yaradılması qarşımızda duran məsələlərdən biridir. Birinci Qayıdış Dövlət Planı çərçivəsində işğaldan azad edilən ərazilərdə çox ciddi tədbirlər görülüb. O ərazilərə kənd təsərrüfatı, tikinti, xidmət və digər sektorlar fəaliyyət göstərən sahibkarlar həmin ərazilərdə məskunlaşan şəxslərin məşğulluğunun təmin edilməsində aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində çalışır. Biz bu istiqamətdə birgə əməkdaşlığı daha dərinləşdirmək istəyirik. İşğaldan azad edilən ərazilərdə işçilərin hüquqlarının qorunması sahəsində də fikir mübadiləsi aparılır".

O qeyd edib ki, əsas istiqamətlərdən biri qeyri-formal məşğulluğun azaldılmasıdır:

"5-6 il ərzində biz ciddi irəliləyiş əldə etmişik. 580 mindən çox əmək müqaviləsinin bağlanması təmin edilib. Ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb. Müşahidələr onu göstərir ki, özəl sektorda əmək müqaviləsinin sayı artır. Özəl sektorda son 6 ayda bağlanan əmək müqavilələrin sayı 69 min ədəd artıb ki, bu rəqəm bizi sevindirir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15